Vaşinqton Qarabağı müzakirə etdi

Vaşinqton Qarabağı müzakirə etdi

Müzakirələrdə münaqişənin həllində rəsmi Vaşinqtonun daha fəal iştirak edəcəyi əminliklə ifadə olunub

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalı Vaşinqtonda müzakirə edilib. Amerikanın Azərbaycan Təşkilatlarının rəhbərlərinin ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarla görüşündə münaqişənin həllində rəsmi Vaşinqtonun daha fəal iştirak edəcəyinə əminlik ifadə olunub. Təşkilatların rəhbərləri həmçinin ABŞ-ın Dağlıq Qarabağa yardımı məsələlərindən və 907-ci düzəlişlə, habelə ABŞ-ın Robert Menendez və Barbara Bokser kimi bəzi ermənipərəst qanunvericilərinin bu məsələlərə qərəzli münasibəti ilə bağlı narahatlıqlarını bildiriblər. Müxtəlif sahələrdə Azərbaycan-Amerika əməkdaşlığının da diqqət məkəzində olduğu görüşdə, ikitərəfli münasibətlərin inkişafı proseslərinə Amerikanın Azərbaycanlı İcmasının daha fəal cəlb olunması yolları müzakirə edilib. Səfir Morninqstar Vaşinqtonda Azərbaycan İcmasının üzvləri ilə daha geniş heyətdə görüşəcəyinə əmin olduğunu deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə