Hacıqabulda qatar aşıb, güclü yanğın baş verib YENİLƏNİB

Hacıqabulda qatar aşıb, güclü yanğın baş verib YENİLƏNİB

Bu gün təxminən saat 22:25 radələrindən başlayaraq dəmiryol xəttinin Hacıqabu rayonunun Pirsaat qəsəbəsi ərazisindən keçən hissəsində xam neft aparan qatarın 4 vaqonunda yanğın baş verib. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, vaqonlar aşdıqdan sonra çənlərdə olan neft əraziyə dağılıb və yanmağa başlayıb. Müxbirimizin verdiyi məlumata förə, hadisə zamanı insan itkisi olmasa da maddi ziyan çoxdur. Hadisə yerinə Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin və Fövqəladı Hallar Nazirliyinin Qaradağ, Hacıqabul və Şirvan yanğından müdafiə şöbələrinin əməkdaşları cəlb edilib. Yanğın güclü olduğundan hələ də onu söndürmək mümkün olmayıb.

Saat 23:45 radələrində müxbirimizin verdiyi məlumata görə, yanğın ərazisində güclü partlayış baş verib.

Xoşbəxtlikdən vaqonlar kəndə tərəf yox, dəmir yolunun əks tərəfinə aşıb. Buna baxmayaraq kəndin dəmiryolu boyunca yerləşən evlərindəki sakinlət təcili olaraq evakuasiya olunub. Əgər vaqonlar əks tərəfə aşsaydı kəndin bütün evləri yanıb külə donəcəkdi.

Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev və FHN Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi Füzuli Əsədov da hadisə yerindədirlər.

Güclü yanğın hələ də davam edir.

Məlumat üçün bildirək ki, yanğın səbəbindən dəmir yolunun Pirsaatdan keçən hissəsi artıq 3 saatdır ki, bağlanıb.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə