2013-cü il yanvarın 1-dən 30-dək vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli xidmət edən hərbi qulluqçuların ehtiyata buraxılması haqqında ölkə rəhbəri müvafiq sərəncam imzalayıb. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, bu münasibətlə respublikanın hər yerində olduğu kimi Mingəçevirdə də gənclərin hərbi xidmətə yolasalma mərasimi keçirilib. Mərasim Heydər Əliyev meydanında baş tutub.
Tədbirdə millət vəkili Aydın Mirzəzadə, İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının nümayəndələri və valideynlər iştirak ediblər. İlk olaraq dövlət himni səsləndirilib. Mərasimdə çıxış edənlər gənclərə xidməti borclarını layiqincə yerinə yetirməyi arzu ediblər. Sağ gedib, salamat qayıtmalarını diləyiblər. Sonra isə doğum günü bu tarixə təsadüf edən bir neçə gəncə qol saatı hədiyyə edilib. Həmçinin çağırışçılara əsgərlik günlərinin ən maraqlı anlarını qeyd etmək üçün xatirə dəftəri təqdim edilib. Ardınca meydana dövlət bayrağı və Qurani-Kərim gətirilib. Gənclər bayrağın və müqəddəs kitabımızın altından keçiblər.
Mərasimin sonunda gənclər xidmət edəcəkləri bölgəyə yola salınıblar. Qeyd edək ki, Mingəçevirdə bu çağırış müddətində ümumilikdə 80 nəfərdən yuxarı gənc ordu sıralarına gedəcək.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB