20 Yanvar faciəsinin 23-cü ildönümü ilə əlaqədar "Azərbaycan Dəmir Yolları" QSC-də tədbirlər planı hazırlanıb. QSC-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, tədbirlər planına əsasən, Abşeron şəhərətrafı zonada 20 yanvar 2013-cü ildə saat 06:00-dan 23:00-dək hərəkət edən elektrik qatarlarında gediş-gəlişin pulsuz təşkili həyata keçiriləcək.
Yanvarın 20-də saat 12:00-da anım dəqiqəsində qatarların hərəkəti dayandırılacaq, lokomotivlər həyəcan fiti verəcəklər. Bundan başqa, QSC-nin müəssisə və təşkilatlarında 20 Yanvar faciəsinin 23-cü ildönümü ilə bağlı anım tədbirləri keçiriləcək, faciə zamanı şəhid olan və yaralanan dəmiryolçuların ailə üzvlərinə maddi yardımlar ediləcək, "Azərbaycan Dəmir Yolları"nın kollektivi Şəhidlər xiyabanını ziyarət edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB