QHT sədri: "Faciənin üstündə qurulan təbliğat reallıqla üst-üstə düşmür
Müdafiə Nazirliyinin Daşkəsən rayonunda yerləşən "N" saylı hərbi hissəsində həqiqi hərbi xidmətə çağırılmış Ceyhun Zaman oğlu Qubadovun 7 yanvar 2013-cü il tarixdə ölümü hamını olduğu kimi bizi də olduqca kədərləndirir. Mərhumun ailəsinə və sevdiklərinə baş sağlığı verir və dərdlərini paylaşırıq. Bunu SİA-ya açıqlamasında "XXI Əsrin Qadınları" İctimaı Birliyinin sədri Mahirə Əmirhüeynova deyib.
QHT sədri bildirib ki, bununla bağlı son günlərdə mətbuatda bəzi qərəzli xəbərlər dərc edilir: "Əlbəttə Azərbaycan Ordusunun əsgərinin həyatını itirməsi olduqca üzücüdür və qəbul edilməzdir. Bu bir ailənin, ananın, atanın, bacının faciəsidir. Yaşanan bu faciənin üstündə qurulan təbliğat, yalnış informasiyalar heç də günümüz reallıqları ilə üst-üstə düşmür.
Azərbaycan Respublikası Hərbi Prokurorluğunda Ceyhun Zaman oğlu Qubadovun ölümü ilə bağlı Cinayət Məcəlləsinin 342.2-ci maddəsi ilə cinayət işi başlanıb və istintaq davam edir. İstintaq yekunlaşmadan bəzi KİV-lər və sosial şəbəkələr peşəkarlıqdan uzaq qeyri-ciddi xəbərlər verir və ictimai rəyi yalnış istiqamətləndirir.
Məsələ ilə bağlı Müdafiə Nazirliyi və Hərbi Prokurorluqdan verilən bəyanatda baş vermiş ölüm faktı ilə bağlı istintaqın gedişatı xüsusi nəzarətə götürüldüyü, Müdafiə Nazirliyi və Hərbi Prokurorluğun rəhbər əməkdaşları müvafiq araşdırmaların aparılması məqsədi ilə bölgəyə ezam olunduğu bildirilir.
Azərbaycan Respublikası Hərbi Prokurorluğunun açdığı cinayət işi yekunlaşmadan bu cür qərəzli xəbərlərin verilməsi istintaqın gedişinə mane olmaqdan başqa şeyə xidmət etmir. Buna görə də ictimai rəyi sakit və təmkinli olmağa, verilən yalnış inforasiyalara etibar etməmələrinə dəvət edirik. İstintaqın yekunlarına görə gühankarların qanunlar çərçivəsində cəzalandırılacağından əmin ola bilərsiniz".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB