Son zamanlar bəzi kütləvi informasiya vasitələrində ayrı-ayrı adamların adından güya Zaqatala rayon sakinlərinin RİHB-dan narazılıqları haqqında böhtan xarakterli yazılar dərc edilməkdədir. SİA-nın verrdiyi məlumata görə, bu yazılarda guya son illərdə Zaqatala rayonunda heç bir tikinti-quruculuq işlərinin aparılmadığı, Rayon İcra Hakimiyyəti başçısının əhali ilə görüşlərinin keçirilmədiyi, vətəndaşlara qayğılı münasibət bəslənmədiyi, onlara qarşı kobudluq etməsi barədə qeyd olunanlar tamamilə yalan və həqiqətə uyğun olmayan məlumatlardır.
İcra Hakimiyyətindən bildiriblər ki, son illər Respublikamızın hər yerində olduğu kimi Zaqatalada da tikinti-abadlıq işləri geniş vüsət alıb. 2009-2012-ci illərdə rayonda 289,6 milyon manat həcmində tikinti quraşdırma və 8 milyon manat həcmində abadlı-quruculuq işləri görülüb.
2012-ci ildə rayonda baş vermiş dağıdıcı zəlzələnin fəsadlarının aradan qaldırılması ilə əlaqədar çox iri miqyaslı tikinti və abadlıq işləri görülməsi ilə yanaşı şəhərin H.Əliyev prospektinin, Dədə Qorqud meydanının və 28 may küçəsinin tarixi görkəminin qaytarılması üçün yenidənqurma işlərinə başlanıb, yaşayış evlərinin və ictimai binaların fasadlarının yerlı üzlük daşla üzlənməsi işləri aparılıb. Dədə Qorqud meydanında və ətrafindakı ərazidə artıq yenidənqurma işləri başa çatdırılıb, meydanda yeni işıqlandırma sistemi, fəvvarələr, Dədə Qorqudun monumenti quraşdırılıb, yaşıllaşdırma işləri aparılıb. Ü.Hacıbəyov küçəsindən Qala düzünə çıxan pilləkənlər əsaslı təmir olunub.
2012-ci ildə rayonun Əliabad qəsəbəsinin ara yollarına 1,5 km, Suvagil kənd yoluna 2,0 km, Dombabinə-Bozbinə avtomobil yoluna 1,8 km və Dardoqqaz kənd yoluna 1,0 km, Mazıx-Qəbizdərə avtomobil yoluna 2,5 km, Zaqatala-Car avtomobil yoluna 3.1 km, şəhərin A.Həmidov küçəsinə 0,9 km uzunluğunda asfalt örtüyü döşənib. Rayonda baş vermiş güçlü zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüş Muxaxçay üzərində 160 m uzunluğundakı körpünün, Car və Axaxdərə kəndlərində dağılmış körpülərin bərpası işləri başa çatdırılıb.
Son 3 ildə Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafının Dövlət Proqramına uyğun olaraq rayonun Mazıx, Paşan, Aşağı Çardaxlar, Bazar, Zəyəm, Sabunçu, Muxax, Çökəkoba kəndlərində cəmi 1340 şagird yerlik 8 məktəb, Zaqatala şəhəri, Gözbarax və Mamrux kəndlərində 3 yeni uşaq bağçası tikilib, Əliabad qəsəbə 1 saylı və Muxax kənd 1 saylı tam orta məktəbləri və rayonun 9 uşaq bağçasında əsaslı təmir işləri aparılıb, yeni inventar və avadanlıqlarla təmin edilib.
Rayon İcra Hakimiyyətində vətəndaşların qəbulu qabaqcadan təsdiq olunmuş və yerli "Zaqatala" qəzetində dərc edilmiş qrafik əsasında RİHB-nın müavinləri, aparatın şöbə müdirləri və əlaqədar təşkilatların rəhbərlərinin iştirakı ilə rayon İcra başçısı tərəfindən həyata keçirilir.
Hər qəbulun sonunda RİHB-nın müavinləri, aparatın şöbə müdirləri, eləcə də əlaqədar təşkilat rəhbərləri əvvəlki həftə ərzində vətəndaşların müraciətləri ilə bağlı verilmiş tapşırıqların icrası barədə İcra başçısına məlumatlar verir, rəsmi arayışlar təqdim edirlər.
İl ərzində RİHB-sı tərəfindən bütün kəndləri əhatə etməklə çoxsaylı səyyar qəbul-görüşlər keçirilib, vətəndaşlar tərəfindən irəli sürülən tənqidi qeyd və təkliflərin əksəriyyəti öz həllini tapıb.
Bundan başqa rayon İcra Hakimiyyətinin başçısı və digər Dövlət rəsmiləri dəfələrlə, yerlərdə zəzələdən zərər çəkmiş insanların güzaranı ilə maraqlanıblar. Əhalini narahat edən məsələlərin həlli istiqamətində dərhal tədbirlər həyata keçirilib.
Bir daha yazılanların yalan, böhtan və heç bir həqiqəti əks etdirmədiyini bildiririk.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB