Bu gün bir qrup şəxsin iştirakı ilə müxalif KİV-lər tərəfindən "İlin adamı" elan edilən Elşad Abdullayev və onun yaxınlarının törətdikləri əməllər barəsində mətbuat konfransı keçirilib. Onlar hazırda fəaliyyəti dayandırılmış ABU-da tələbə qəbulunda baş verən qanun pozuntuları, aldadılmış şəxslərin müraciətləri haqqında açıqlamalar verilib. SİA-nın məlumatına görə, konfransda həmçinin ABU-da baş verən saxtakarlıq və dövlət büdcəsindən talanan milyonların aqibəti barədə məlumatlar səsləndirilib.
Qeyd olunub ki, konfransın təşkilində əsas məqsəd Elşad Abdullayevlə bağlı məsələləri ictimaiyyətə olduğu kimi çatdırmaqdır. Bildirilib ki, Elşad Abdullayevin qardaşı Mahir Abdullayevin tapılmasında Elşadın özü qədər hər bir şəxs də maraqlıdır. Çünki, ən azından Mahir Abdullayev də Azərbaycan vətəndaşıdır, aliləsi və övladları var: "Mahir Abdullayevin itkin düşməsi də Elşad Abdullayevin hansısa bir çirkli əməlinin nəticəsidir ki, bunu da, Elşad Abdullayev yəqin ki, özü hamıdan yaxşı bilir. M.Abdullayevin itkin düşməsini əldə bayraq etməklə əslində o qardaşını axtarmır. O bu məsələdən yararlanaraq, rəhbərlik etdiyi fəaliyyəti dayandırılmış ABU-nun heyfini birbaşa Ramiz Mehdiyevdən almaq istəyir. ABU fəaliyyətə başladığı gündən onun bünövrəsi rüşvətlə qoyulub. Elşadın rəhbəri olduğu ABU-da təhsildən başqa hər şey var idi. Universitetin fəaliyyəti dayandırıldıqdan sonra hazırda 2000 nəfərə yaxın Azərbaycan vətəndaşı bu rüşvət yuvasında aldanaraq küllü miqdarda zərər çəkmişlər".
Çıxış edənlər bildiriblər ki, əgər Elşad Abdullayevi Azərbaycana gətirmək mümkün deyilsə, onda Elşad Abdullayevin başqalarının adına aldığı obyekt və mülklər müsadirə olunaraq hərraca çıxarılsın və həmin alqı-satqıdan əldə olunmuş vəsaitdən dövlət vergisi, həm də, Elşad tərəfindən zərər çəkən vətəndaşlara dəyən ziyan ödənilsin.
Qeyd olunub ki, Elşad Abdullayevin bu gün şər və böhtanla bir neçə nəfərin başına gətirdiyi oyun ssenarisi heç də onun təzə icad etdiyi şər layihəsi deyil. Vaxtilə həmin bu dəsti xətt ilə bədbəxt Markina Liliyanin, öz bacısı oğlu Azadın başına gətirib. Elşad Abdullayevin bibisi qızı Bənövşə Hacıyeva hazırda onun üçün rüşvət yığdığına görə həbsxanadadır. Bənövşənin bacısı Arifə isə hələ də Ağır Cinayətlər Məhkəməsində sürünür. Onların Elşada yığıb verdiyi pullarla bu gün o Azərbaycan dövlətinin imicinə zərbə vurur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB