Daşkəsən rayonuna 45-50 sm-ə yaxın qalınlığında qar yağıb. Daşkəsən rayon İcra Hakimiyyətindən SİA-nın bölgə müxbirinə verilən məlumata görə, magistral yolların bağlanmaması üçün rayon İcra Hakimiyyəti və Yol İstismar İdarəsinin əməkdaşları gücləndirilmiş iş rejiminə keçib. Gəncə-Daşkəsən-Xoşbulaq yoluna qum və duz səpilib. Maşınların hərəkətində çətinləşmələr meydana gəlsə də hələ ki dayanmayıb. Rayon sakinləri də yolların qardan və buzdan təmizlənməsində iştirak edib. Elektrik enerjisinin verilişində problem yaşanmayıb.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB