ATƏT Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində növbəti dəfə monitorinq keçirib. Monitorinq iştirakçıları ilk öncə rayon Gənclər Mərkəzində İcra Hakimiyyətinin nümayəndələri ilə görüş keçiriblər. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, rayon icra başcısının müavini Vidadi Bəylərov ATƏT nümayəndələrinə bildirib ki, Ermənistan ordusu son 10 ayda cəbhədə 784 dəfə atəşkəsi pozub. Bu müddət ərzində həm cəbhə kəndləri, həm də Azərbaycan ordusunun üzbə-üz mövqelərini atəşə tutulub. Nəticədə bir Azərbaycan əsgəri ölüb, bir neçə nəfər isə yaralanıb. Bundan başqa erməni kəşfiyyatının yaşayış məntəqəsinə yaxın basdırdığı piyada əleyhinə minaya Qapanlı kənd sakini düşərək həyatını itirib.
Daha sonra ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq Tərtər rayonunun Qapanlı kəndinin cənub-şərq istiqamətindəki təmas xəttində monitorinq keçirib.
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin şəxsi köməkçisi Uilyam Prayor və səhra köməkçisi Yevgeniy Şarov keçirib. Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Xristo Xristov olub.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB