Mina və PHS təmizlənməsi əməliyyatlarının gedişi

Mina və PHS təmizlənməsi əməliyyatlarının gedişi

2012-ci ilin dekabr ayı ərzində 3,383,944 kvadrat metr ərazi yoxlanılmış, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib. 618 PHS və 2 ədəd tank əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib. ANAMA-dan SİA-ya verilən məlumata görə, 2012-ci il ərzində 32,819,864 kvadrat metr ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib və 11,364 PHS aşkar edilərək zərərsizləşdirilib.

Əməliyyatlarda 484 nəfər minaaxtaran mütəxəssis və 118 nəfər yardımçı heyət iştirak edir. Həmçinin əməliyyatlarda 6 mexaniki minatəmizləmə maşını və 36 minaaxtaran it iştirak edir.

İndiyədək cəmi 214,291,899 kvadrat metr ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 676,170 -dir.

Agentlik tərəfindən təmizləmə əməliyyatları Ağdam, Ağstafa, Ağcabədi, Füzuli, Qazax, Gədəbəy, Göygöl, Goranboy, Tərtər və Abşeron rayonu Kirdağ Palçıq Vulkanları ərazisində, eyni zamanda Bakı şəhəri, Qaradağ rayonu Güzdək qəsəbəsində davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə