Bir cavanlara baxın, bir də bu nənəyə!

Bir cavanlara baxın, bir də bu nənəyə!

Uzun yaşamaq hər kəsə qismət olmur. Allahın verdiyi ömür payını kimi az, kimi də çox yaşayır. Tərtərin Səhlabat kəndində yaşayan əslən Qərbi Azərbaycandan olan Gövhər Almuradova 3 əsrdir yaşayır. Bu dünyada nə az, nə çox düz 3 müharibə görüb. I -II dünya müharibələrini və Qarabağ savaşını görən 113 yaşlı nənə müharibənin ağrısını- acısını yaxşı bilir. Övladlarından birini Qarabağ müharibəsində şəhid verib.

Ömürünün 113-cü ilini yaşayan Gövhər nənənin nəvəsi, nəticəsi, kötücəsi və yadıcası var. Nəvə-nəticələrindən razı olan 113 yaşlı nənə uzun ömrünün sirrini dağların saf havası və istifadə etdiyi təmiz qida məhsullarında görür.

Qeyd edək ki, nənənin ən böyük arzusu isə tezliklə Dağlıq Qarabağın işğal altında olan torpaqlarının düşmən tapdağından azad edilməsidir.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə