Ağdamda avtoqəbristanlıq

İstifadəyə yararsız maşınlar tullanaraq maraqlı qəbristanlıq meydana gətirib. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, Ağdamda əmələ gələn bu qəbristanlıqda hər cür rus istehsalı olan avtomobillər var. Bir vaxtlar dövrünün ən dəbdəbəli maşınları indi bu şəklə salınaraq lazımsız əşyaya çevirilib. Onlarla maşının tullandığı bu ərazi gözdən və könüldən uzaq rayonun dördyol qəsəbəsində yerləşir. Yerli camaatın adlandırdığı bu "maşın qəbirsanlığında" buraxılış ili köhnə sovet istehsalı olan bütün avtomobillərdən tapmaq mümkündür.

Qəbristanlığa ən çox atılan "VAZ-21011"," VAZ 2106" və "Moskviç" markalı avtomobillərdir. Sakinlər bildirir ki, bu cür köhnə və ağır yol qəzasına düşmüş maşınlar ustalar tərəfindən sökülür. İstifadəyə yararlı ehtiyat hissələri satılır.

Alıcılar isə bildirir ki, köhnə maşınlardan sökülüb, satılan ehtiyat hissələri təzələrdən daha keyfiyyətli və ucuzdur. Ona görə köhnə ehtiyat hissələrinə bazarda daha çox tələbat var.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə