Rəsmi Bakının erməni əsilli Dağlıq Qarabağ sakinlərinə sovet əmanətlərini qaytarmaq qərarı Ermənistanda təşviş doğurub
Rəsmi Bakının erməni əsilli Dağlıq Qarabağ sakinlərinə keçmiş Azərbaycan SSR Əmanət bankında qalmış əmanətlərini indeksasiya edib qaytarmağa hazır olmasını bəyan etməsi Ermənistanda böyük narahatlıq doğurub.
Bu barədə material hazırlamış Ermənistanın "News.am" portalı məsələni Azərbaycanın Qarabağ sakinlərini satın almaq cəhdi, piar aksiyası kimi dəyərləndirib. Erməni KİV-nin fikrincə, Azərbaycanın beynəlxalq aləmdə özünü tolerant ölkə kimi göstərmək məqsədilə belə bir addım atıb. Portal hətta bir qədər də irəli gedib iddia edib ki, "heç bir erməni Azərbaycanın bu addımına satılaraq sovet dövründəki əmaqnətləriin almaq üçün müraciət etməz".
Amma portal bəlkə də bilərəkdən gizlədir ki, bu, piar addımı deyil - Azərbaycan paytaxtında və başqa yaşayış məskənlərində hazırda 30 min erməni yaşayır və onlar çox rahatlıqla ölkənin başqa vətəndaşları kimi sovet dövründən qalma əmanətlərinə görə indeksasiya alıblar.
Məhz Dağlıq Qarabağ sakinlərinin bu ağır durumu Azərbaycan rəhbərliyini heç bir şərt qoymadan bir daha təkrar etməyə vadar edir: "Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində yaşayan erməni əsilli vətəndaşlarının sovet əmanətlərinin alınması üçün sənəd verməyə hüquqları var. Bunun üçün sadəcə öz vətəndaşlıqlarını başqa dövlətlərin notarius kontorları ilə və ya bizim ölkənin müvafiq qurumlarının vasitəsi ilə təsdiq etmələri vacibdir".
Yəni şərhə ehtiyac yoxdur. Erməni portalının bu hay-küyü isə iyirmi ildir ki, beynəlxalq aləmdə malik olduqları media vasitələri ilə ört-basdır etməyə çalışdıqları Azərbaycan həqiqətlərinin üsütünün açılması qorxusu ilə bağlıdır. Yəni erməni mətbuatı qorxur ki, beynəlxalq ictimaiyyət Azərbaycan dövlətinin və xalqının tolerantlığından və humanizmindən xəbər tuta bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB