Cəbhəyanı yaşayış məntəqələrində minaya düşmə faktı artıb. Qarabağ müharibəsi dövründə qoşunlar arasında şiddətli döyüşlər getdiyindən təmas xətti boyunca yerləşən yaşayış məntəqələrində tez-tez hərbi sursatlara və mərmilərə rast gəlinir. İllərdir torpağın altında qalan mərmilər və minalar bu gün də təhlükə saçır. SİA-nın Qarabağ bürosunun topladığı məlumatlar əsasında verdiyi xəbərə görə, mina və hərbi sursatların törədə biləcəyi faciələrin aradan qaldırılması üçün vaxtaşırı həmin yerlərdə icra strukturları və ANAMA-ın əməkdaşları tərəfindən maarifləndirmə işi aparılır. Son illər aparılan maarifləndirmə işinin sayəsində əhali rast gəldiyi şübhəli əşyalar haqda dərhal dövlət qurumlarına məlumat verirlər. Bu da rast gəlinən mina və partlamamış hərbi sursatların vaxtında və dinc sakinlərə zərər vermədən zərərsizləşdirilməsinə kömək edir.
Dağlıq və dağətəyi bölgələrdən keçən təmas xətti boyunca yerləşən yaşayış məntəqələrində isə vəziyyət daha acınacaqlıdır. Çünki dağlıq relyefin, həmçinin ərazinin kolluqlardan və sıx ağaclıqdan ibarət olması təmizləmə əməliyyatlarına mane olur.
ANAMA-nın tapşırığı ilə Beynəlxalq Avrasiya mətbuat fondunun icma mina aksiyası komandası Tərtər rayonunda son bir neçə ildə mina təmizləmə əməliyyatları həyata keçirərək 10 milyon 500 min kv metr ərazi minadan və partlamamış hərbi sursatlardan təmizləyib. Nəticədə 1000 -dən çox mərmi tapılaraq zərərsizləşdirilib.
Təmizlənməsi mümkün olmayan ərazilərdə var. Təmas xəttinin ən yaxın nöqtəsində mina təmizləmə əməliyyatları aparmaq mümkün deyil. Çünki ermənilərin müşahidə etdikləri ərazilər son dərəcə təhlükəlidir.
Təmas xəttində neytral ərazilər kimi tanınan torpaqlar insanlar tərəfindən otlaq sahəsi kimi istifadə edildiyindən bəzən mal-qaranın minalara və ya partlamamış döyüş sursatlarına toxunması partlayışla nəticələnir. Bu da çox vaxt yaxınlıqda olan insanların həyatını və ya sağlamlığını itirməsilə nəticələnir.
Qeyd edək ki, 2012-ci ildə 14 hadisə nəticəsində 18 nəfər minalardan və partlamamış hərbi sursatlardan zərər çəkib. Mənbələrdən alınan məlumatlara görə, nəticədə 2 mülki şəxs həlak olub və 4 mülk şəxs (bir nəfər 15 yaşlı uşaq PHS-dən) yaralanıb.
Bundan başqa 3 hərbçi həlak olub və 6 hərbçi yaralanıb. 2012-ci ildə minalar və partlamamış hərbi sursatlarla bağlı hadisələr Goranboy (4 hadisə), Füzuli (3 hadisə), Tərtər (3 hadisə), Ağdam (3 hadisə) və Tovuz (1 hadisə) rayonlarının ərazisində baş verib.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB