Milli Azərbaycan Tarixi Muzeyi tərəfindən hazırlanmış "Azərbaycanın müdafiə silahları" kataloqu işıq üzü görüb. SİA-nın məlumatına görə, silahlar və bayraqlar fondunda qorunan silahlar sırasında Azərbaycanda istehsal olunmuş silahlar çoxluq təşkil edir. Onların tədqiqi Azərbaycan hərb sənətinin və sənətkarlığının indiyədək məlum olmayan tərəflərinin müəyyən edilib, elmi dövriyyəyə daxil edilməsi, geniş ictimaiyyətə təqdim olunması işini asanlaşdırır.
Təqdim olunan kataloqda Silahlar və Bayraqlar fondunda qorunan müdafiə silahları öz əksini tapıb. Kataloqda müxtəlif növ qalxan, dəbilqə, cahar-ayna, zireh, qolçaq, ayaqlıq kimi müdafiə silahlarından məlumat verilir. Hər silah nümunəsinin inventar nömrəsi, düzəldilmə materialı, dövrü göstərilir. Silahların yüksəkkeyfiyyətli fotoşəkilləri onların bədii tərtibatını xırdalıqlarına qədər öyrənməyə imkan verir.
Kataloq Azərbaycan və ingilis dillərində çap olunub.
Qeyd edək ki, Milli Azərbaycan Tarixi Muzeyinin sərgi salonunda "Torpağa sancılmış qılınc" adlı silah sərgisi yanvarın 15-dək fəaliyyət göstərəcək.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB