Bakının Xəzər rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq. ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyindən SİA-ya verilən məlumata görə, təmir işləri ilə əlaqədar olaraq bu gün saat 17:00-dək "Binə" Qazpaylayıcı Stansiyasından, 16:00-dək isə "Mərdəkan bağları" Qazpaylayıcı Stansiyasından təbii qaz təchizatı dayandırılacaq.
Təmir işləri müddətində Xəzər rayonunun Mərdəkan, Şüvəlan, Binə qəsəbələrinə və Bağlar massivi adlanan yaşayış məntəqəsinə təbii qazın verilişində fasilələr yaranacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB