"Sahil" metrosundakı eskalatorlar bağlanır

"Sahil" metrosundakı eskalatorlar bağlanır

Bu həftə "Sahil" metrostansiyasındakı eskalatorlardan biri təmirə bağlanacaq. Bakı Metropolitenindən SİA-ya verilən məlumata görə, stansiyada cəmi 3 eskalator var. Onlardan 2-si artıq təmir edilib. Sərnişinlərin təhlükəsizliyi üçün təmirə ehtiyac duyulur. Çünki eskalatorun istifadə müddəti artıq başa çatıb. Təmir iki ay davam edəcək.

Qeyd edək ki, bir müddət öncə "Sahil" stansiyasında eskalatorların sürətinin azaldılması ilə bağlı məsələnin artıq həllini tapdığı bildirilmişdi. Sürətin azaldılması məqsədilə hər eskalatora gücü 110 kVt olan asinxron elektrik mühərriklər qoyulacaq. Hazırda sürəti 0,94 m/san. olan eskalatorların sürəti bununla 0,75 m/san olacaq. Bu addımın atılmasında məqsəd eskalatordan istifadə edən, sərnişinlərin təhlükəsizliyini daha da möhkəmləndirməkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə