"Bu sərəncam fundamental hüquqlara və azadlıqlara hörmətin gücləndirilməsində irəli bir addımdır"
Avropa Birliyinin Azərbaycandakı nümayəndə heyəti Azərbaycan prezidenti İlham Əliyevin 26 dekabr 2012-ci il tarixində imzaladığı 87 məhbusun, o cümlədən vətəndaş cəmiyyətinin, müxalifət partiyalarının nümayəndələrinin və jurnalistlərin Əfv olunması haqqında sərəncamını alqışlayır.
Bəyanatda deyilir: "Avropa Birliyi nümayəndə heyəti hesab edir ki, bu sərəncam fundamental hüquqlara və azadlıqlara hörmətin gücləndirilməsində irəli bir addımdır və gözləyir ki, bu qərar digər konstruktiv tədbirlərlə tamamlanacaq".
Bəyanatda qeyd olunub ki, Avropa Birliyi nümayəndə heyəti AB-nin, ATƏT-in və Avropa Şurasının normalarına və dəyərlərinə uyğun olaraq demokratiyanın və qanunun inkişafında Azərbaycanın üzərinə götürdüyü öhdəliklərinin icrasında yardım göstərməyə davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB