Son günlərdə Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb, bu gün isə suyun səviyyəsində 2 sm azalma qeydə alınıb. Bunu SİA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometroloji Proqnozlar Bürosunun Hidroloji Praqnozlar şöbəsinin rəisi Vəfa Bayramova deyib.
O bildirib ki, hazırda məntəqədə su sərfi ongünlük normanın 83 faizini təşkil edir: "2012-ci ildə isə bu rəqəm bir qədər az olmaqla ongünlük normanın 66 faizini təşkil edib. Ümumiyyətlə, bu dövr Azərbaycan çayları üçün sabit sululuq dövrüdür. Suyun səviyyəsinin artmasına səbəb kimi isə yağıntının çox olması əsasdır. Qış fəsli olduğu üçün də qar daha çox yağır. Buna görə də suyun səviyyəsi elə də artmır. Çaylarda artım dövrü əsasən yaz və yay dövrü üçün müşahidə olunur".
Qeyd edək ki, ETSN respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyəti açıqlayıb. Məlumata əsasən, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-210, Kiçik Qafqazın çaylarında 70-150, Lənkəran-Astara bölgəsi çaylarında 20-140, Naxçıvan MR çaylarında isə 60 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyətə gəlincə son günlərdə Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb, bu gün isə suyun səviyyəsində 2 sm azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi 135 m3/s, ongünlük normanın 83 faizini təşkil edir. 2012-ci ildə isə bu rəqəm bir qədər az olmaqla 107 m3/s və ongünlük normanın 66 faizini təşkil edib.
Son günlər ərzində Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində azalma müşahidə olunmuş, yanvarın 07-də suyun səviyyəsində dəyişiklik qeydə alınmamışdır. Hazırda məntəqədə su sərfi 57 m3/s olmaqla, ongünlük normanın 81 faizini təşkil edir. 2012-ci ildə bu göstərici bu il ilə müqayisədə bir qədər çox olmaqla 69 m3/s təşkil etmiş və ongünlük normanın 98 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət isə belə xarakterizə edilib. Son günlərdə Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Bu gün suyun səviyyəsində azalma qeydə alınıb. Belə ki, Kür çayının Surra məntəqəsində 19 sm, Şirvan 9 sm, Araz çayının Novruzlu məntəqələrində 2 sm azalma, Bankədə 3 sm, Salyanda isə 2 sm artım müşahidə olunub. Hazırda Surra məntəqəsində suyun səviyyəsi 422 sm (2012-ci il yanvarın 07-də 569 sm), Şirvanda 323 sm (2012-ci il yanvarın 07-də 467 sm ), Salyanda 309 sm (2012-ci il yanvarın 07-də 430 sm), Bankədə 254 sm (2012-ci il yanvarın 07-də 307 sm), Araz çayının Novruzlu məntəqəsində isə 193 sm (2012-ci il yanvarın 07-də 285 sm) təşkil edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB