Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən Kür və Araz transsərhəd çaylarında dekabr ayının üçüncü ongünlüyü üçün aparılan monitorinqin nəticələri açıqlanıb. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, monitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayında və onun qollarında biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub.
Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələrinin Ağstafaçayda və Ağstafaçay su anbarında yol verilən qatılıq həddini keçdiyi qeydə alınıb.
Eyni hal Araz çayının Horadiz, Birinci Şahsevən və Bəhramtəpə məntəqələrində də müşahidə olunub. Suyun oksigen rejiminin isə bütün məntəqələrdə sanitar norma daxilində dəyişdiyi müəyyən edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB