Şərqşünas alim beynəlxalq simpoziumda iştirak edib

Şərqşünas alim beynəlxalq simpoziumda iştirak edib

AMEA akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun "Türkiyə tarixi və iqtisadiyyatı" şöbəsinin elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Cavid Qasımov professor Oktay Bellinin rəhbərlik etdiyi "Belli Eğitim Kültür Tarih ve Arkeoloji Araştırma Merkezi"nin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə Türkiyənin Qars şəhərində keçirilən Beynəlxalq Sarıqamış simpoziumunda iştirak edib. SİA-nın məlumatına görə,Türkiyə Cümhuriyyəti Gənclik və İdman Nazirliyi, Qars Valiliyi, Qars "Qafqaz" Universiteti, Sarıqamış Bələdiyyəsi və s. dövlət qurumlarının iştirak etdiyi simpoziumda Cavid Qasımov "Sarıqamışda ruslar tərəfindən əsir alınan Osmanlı əsgərlərinin saxlanıldığı əsir düşərgələri" adlı məruzə ilə çıxış edib. I Dünya müharibəsində Osmanlı ordusu tərəfindən rus qüvvələrinə qarşı keçirilən Sarıqamış əməliyyatının xatirəsinin anıldığı simpoziumda elmi məruzələrlə yanaşı "Sarıqamış hərəkatı" adlı sənədli filim iştirakçılara göstərildi, Sarıqamış şəhidlərinin xatirəsinə həsr edilmiş şeirlər səsləndirildi və böyük insan kütləsinin iştirakı ilə Sarıqamış şəhidlərinin xatirəsini anma yürüşü təşkil edildi.

Bütün xəbərlər Facebook səhifəmizdə