Üç ermənini nokautla udan azərbaycanlı boksçu
Bayrağımızı ucaldanlar FOTOLAR

Bu ilin mayın 10-da Almaniyanın Vaysvay şəhərində ümumilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş WBCI seriyalı peşəkar boks kəməri üzrə dünya çempionatı keçirilirdi. Yarışda Azərbaycanı 4 idmançı təsmil edirdi. Onlardan da 3 nəfəri rəqiblərini rinqə çıxmağa peşman etdilər.

Sevindirici haldır ki,Dünya cempionu adını qazananlar sırasında həmyerlimiz Rauf Ağayevin döyüşü hamını valeh etdi. Digər tərəfdən Rauf Ağayevin qələbəsi təsadüfi deyildi. Axı böyük boks ənənəsinə malik Lənkəran boks məktəbi Azərbaycanın əməkdar məşqçiləri Əlizadə Əsədov, Salam Bağırov, Yadigar Məmmədov kimi məşqçiləri, Cavid Tağıyev, Sadiq və İsmət Eynullayev kimi boks ulduzlarını dünyaya bəxş edib.

... Raufu növbəti qələbə münasibətilə təbrik edib özü haqqında oxucularımıza məlumat verməyini xahiş edirəm. Raufun dediklərindən: "1983-cü il avqustun 12-də Lənkəran rayonun Urgə kəndində anadan olmuşam. 1990-ci ildə Teymur Zamanov adına kənd orta məktəbinin 1-ci sinfinə getmişəm. 2001-ci ildə orta məktəbi bitirdikdən sonra Lənkəran Dövlət Universitetinin təbiət fakultəsinin biologiya bolməsinə daxil olmuşam. Boksa məhəbbətim məni 1998-ci ildə Liman səhərində fəaliyyət göstərən "Nefçi" idman klubuna gətirdi. Burada Respublikanın Əməkdar məşqçisi Əlizadə Əsədovun rəhbərliyi altinda ilk addımlarımı atmışam. Boksun əlifbasına burada yiyələnmişəm. İlk uğurum 2001 ildə keçirilən Gənclər arasinda Respublika birinciliyinə təsadüf edib. Bu qələbədən sonra yığma komandanın məşqçiləri məni komandanın tərkibinə daxil etdilər. Yığma komandada Azərbaycanın Əməkdar məşqçisi Yadigar Məmmədovun rəhbərliyi altinda məşqlərimi davam etmişəm. 2001-ci ildən 2008-ci ilə qədər Azərbaycan yığma komandasının üzvü olmuşam".

Qeyd edək ki, bu illər ərzinde Rauf Ağayev dəfələrlə respublika, beynəlxalq yarislarinda uğurla çıxış edərək yarışların qalibi və mukafatçisı olub. Rauf söhbət zamanı bildirdi ki, peşəkar boks onu həmişə maqnit kimi özünə çəkib. Raufun dediklərindən: "Başlıca məqsədim pesəkar boksda dunya cempionlugunu qazanmaq idi. Bu məqsədlə Rusiyanin Moskva səhərində peşəkar boksla məşgul olmaga basladım. İlk döyüsümü 2010-cu il aprelin 1-də Sankt-Peterburq şəhərində keçirmişəm.Həmin döyüşdə estoniyali rəqibin uzərində qələbə çaldım. İndiyədək peşəkar boksda keçirdiyim 15 döyüşdən 14-də qələbə qazanmışam ki, bunlardan 3-nü erməni rəqiblər üzərində nokautla qalib gəlmişəm".

Əlavə edək ki, həmyerlimiz Asiya WBO, WBCA, WBC dünya kəmərlərinin sahibidir. İlk dəfə Azərbaycana WBC dünya kəmərini Rauf Ağayev qazandırıb. Bütün bu uğurlara baxmayaraq bu illər ərzində onun qazandıgı ugurlar bir qədər kölgədə qalıb. Bu yarışlara öz hesabına getdiyini söyləyən Rauf axirincı iki döyüşə- Heydər Əliyev adına Almaniyada kecirilən Dünya kəməri və Rusiyada kecirilən WBC dunya kəməri yarışlarına Eldar Mirzəyev ve PALMALI şirkətlə qrupunun maliyyə dəstəyi ilə gedib .

Mətbuatdan sətirlər: Artıq 3 ildi ki, peşəkar rinqdə mübarizə aparan Rauf Ağayev Almaniyada çexiyalı rəqibi ilə 14-cü döyüşünə çıxıb və rinqdən qalib ayrılıb. Onu da əlavə edək ki, ümumilikdə peşəkar rinqdə 14 döyüş keçirən Rauf Ağayev bu döyüşlərin 13-də qələbə qazanıb və yalnız birində xal hesabı ilə məğlub olub. Rauf Ağayev 13 qələbəsinin 5-ni isə nokautla başa vurub. Onlardan üçü erməni döyüşçüsü olub. Müsahibimiz həmçinin onuda əlavə etdi ki, bu döyüş onlar üçün çox böyük əhəmiyyət kəsb edib və qazandıqları qələbələri doğma Azərbaycana həsr edib.

Qazandığı qələbələrə baxmayaraq Rauf bir qədər gileyli görünürdü, desək, səhv etmərik. Biz bunu ondan soruşanda, o bildirdi ki, nədənsə qazandığı qələbələrə baxmayaraq əlaqədar təşkilatlar tərəfindən ona istənilən diqqət göstərilmir. Halbuki, ölkə başçısı cənab İlham Əliyev respublikamızda idmanın inkişafı üçün nə lazımdırsa həyata keçirir.

Ümidvarıq ki, tezliklə Azərbaycan Boks Federasiyası, Gənclər və İdman Nazirliyi istedadlı idmançımızın uğurlu fəaliyyəti üçün lazımi dəstəyi əsirgəməyəcək.

P.S. Noyabrın 26-da Rusiyanın Çelyabinsk şəhərinin "Yunost" idman sarayında Azərbaycan idmançısı Rauf Ağayev yarımyüngül çəkidə Ukrayna boksçusu Yuriy Voroninlə 10 raundda keçirilən döyüşdə tam qələbə qazanıb. Hər üç hakim yekdilliklə qələbəni Azərbaycan boksçusuna verib.

Biz də öz növbəmizdə həmyerlimizə bu qələbələr münasibətilə təbrik edir, Azərbaycanın üçrəngli bayrağını daim yüksəkliklərə qaldırmağı arzulayırıq.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə