“İRƏLİ” üzvləri Fənərbağça oyununu izləyib FOTO

“İRƏLİ” üzvləri Fənərbağça - Karabukspor oyununu izləyib
“İRƏLİ” üzvləri Fənərbağça oyununu izləyib FOTO

"İRƏLİ" Gənclik Mərkəzində "İRƏLİ" İdman Mərkəzi və "Gənc Fənərbahçəlilər" (Azərbaycan) Birliyi arasında iki tərəfli əməkdaşlıq barədə bağlanan müqaviləyə əsasən İdman Mərkəzinin üzvləri Fənərbağça futbol klubunun Şükrü Saracoğlu stadionunda keçirilən ev oyunlarında iştirak edə biləcəklər. İctimai Birlikdən SİA-ya verilən məlumata görə, ilk olaraq klub üzvləri Şükrü Saracoğlu stadionunda keçirilən Fənərbağça - Karabukspor oyununu izləyiblər.

Qeyd edək ki, "İRƏLİ" İdman Mərkəzinin məqsədi idman sahəsinə marağı olan gəncləri bir araya gətirmək, onların fəaliyyətinə dəstək olmaq, bununla da, ölkə idmanının inkişafına töhfə verməkdir. Mərkəz daxilində bütün növ idman oyunlarına dəstək olunması və idmanla bağlı tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə