Əsgərin qəflət ölümü

Azərbaycan Ordusu daha bir əsgərini itirdi. SİA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin Daşkəsən rayonunda yerləşən "N" saylı hərbi hissəsində qeydə alınıb. Həmin hərbi hissədə xidmət edən, 1994-cü il təvəllüdlü Ceyhun Zaman oğlu Qubadov postda olarkən dünyasını dəyişib. İlkin ehtimala görə, C. Qubadov ürək tutmasından vəfat edib.

Müdafiə Nazirliyinin açıqlamasında bildirilib ki, əsgər ötən gecə saat 00.35 radələrində qəflətən dünyasını dəyişib. Ölüm səbəbi araşdırılır.

Qeyd edək ki, C. Qubadov 2012-ci ilin oktyabrında Abşeron rayonundan həqiqi hərbi xidmətə çağırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə