Bakı və Abşeronda həftənin ilk iş günü əsasən yağmursuz keçəcək. ETSN-nin Milli hidrometeorologiya departamentindən SİA-ya verilən məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Abşeron yarımadasında temperatur gecə 0-4 dərəcə isti, gündüz 8-11 dərəcə isti olacaq. Bakıda gecə 1-3 dərəcə isti, gündüz 8-10 dərəcə isti olacağı gözlənilir.
Regionlarda hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Temperatur gecə 4 dərəcə şaxtadan 7-dək isti, gündüz 7-12 isti, yüksək dağlıq ərazilərdə 10-14 dərəcə şaxta, gündüz 0-4 dərəcə isti olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB