Rusiyanın şimal paytaxtındakı "Peterburq" İdman-konsert kompleksində Valentin Qranatkinin Memorialı beynəlxalq futbol turnirinə start verilib. Yarışda Azərbaycanın U-19 yığması da iştirak edir. SİA-nın məlumatına görə, bu gün "A" qrupunda çıxış edən Azərbaycan yığması özünün ilk oyununu Litva komandasına qarşı keçirib və 3:2 hesabı ilə qələbə qazannıb.
Qeyd edək ki, yanvarın 7-də keçiriləcək ikinci turda Azərbaycan yığması Çexiya komandası ilə qarşılaşacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB