II İlya “Şeyxülislam” ordeni ilə təltif edib

II İlya “Şeyxülislam” ordeni ilə təltif edib

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti Tbilisi şəhərinə gedib. SİA-nın xəbərinə görə, səfərdə məqsəd bütün Gürcüstanın patriarxı İkinci İliyanın anadan olmasının 80 və ali dini vəzifəyə seçilməsinin 35 illik yubileyi münasibətilə təşkil olunan mərasimlərdə iştirak etmək olub.

Şeyxülislamın rəhbərlik etdiyi nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin Tiflisdəki büstünü ziyarət edib, önünə əklil qoyub.

Səfər çərçivəsində Şeyxülislam baş nazir Bedzina İvanişvili və ölkə parlamentinin sədri David Usupaşvili ilə görüşüb. Şeyxülislam B.İvanişviliyə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını çatdırıb. Patriarx İliyanın iki dövlət və iki xalq arasında mövcud olan dostluq və qardaşlığın möhkəmlənməsində oynadığı mühüm roldan danışıb.

Daha sonra Şeyxülislam Qafqaz regionunda, MDB məkanında və dünya miqyasında mədəni əlaqələrin, dinlərin və millətlərarası dialoqun inkişaf etdirilməsində böyük şəxsi töhfəsinə, Gürcüstan Pravoslav kilsəsi və Qafqaz Müsəlmanları İdarəsi, gürcü və Azərbaycan xalqları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi sahəsindəki görkəmli xidmətlərinə görə II İlyanı "Şeyxülislam" ordeni ilə təltif edib.

Bütün xəbərlər Facebook səhifəmizdə