2013-cü ilin ilk oğurluğu

Azərbaycanda 2013-cü ilin ilk oğurluğu yeni status almış Pirallahı rayonunun ərazisində baş verib. SİA-nın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, yanvarın 1-i saat 01:05 radələrində rayon sakini Yadigar Maqsumov həmyerlisi Oleq Yermakova məxsus "VAZ-2106" markalı avtomaşını qaçırıb. Lakin ilin ilk böyük oğurluq hadisəsi faciəvi başa çatıb. Belə ki, Yadigar Maqsumov qaçırdığı avtomobili idarə edərkən onu aşırıb.

Nəticədə xəsarət almış Maqsumov xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.

Bütün xəbərlər Facebook səhifəmizdə