Yanvarın 2-də Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov Daxili Qoşunların Bakıdakı "N" saylı hərbi hissəsində olub. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Verilən məlumatda bildirilir ki, nazir ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin salamlarını və Yeni il təbriklərini şəxsi heyətə çatdırıb. Həmçinin zabit və əsgərlərin xidmət və məişət şəraiti ilə, hərbi hissənin döyüş hazırlığı ilə yaxından tanış olub, tapşırıq və tövsiyələrini verib. Eyni zamanda, yeni inşa edilən helikopter meydançasında və anqarlarda aparılan tikinti işləri ilə də maraqlanıb, işlərin gedişindən razı qaldığını bildirib.
Daha sonra daxili işlər naziri Ramil Usubov və nazir müavini, Daxili Qoşunların komandanı Zakir Həsənov bayram süfrəsi arxasında şəxsi heyətlə və əsgər valideynləri ilə birlikdə nahar ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB