Gürcüstan GUAM-da sədrliyə başladı

Gürcüstan GUAM-da sədrliyə başladı

Maya Pancikidze: "Gürcüstan sədrliyi dövründə təşkilatın genişlənməsinə çalışacaq"

Gürcüstandan dünəndən GUAM-da sədrliyə aşlayıb. Məlumata görə, ölkənin xarici işlər naziri Maya Pancikidze deyib ki, təşkilata sədrliyin Gürcüstana ötürülməsi ilə bağlı qərar GUAM-ın Xarici İşlər Şurasının ötən il dekabrın 7-də Dublində keçirilən iclasında qəbul edilib. Gürcüstan sədrliyi Azərbaycandan təhvil alıb.

"Gürcüstan sədrliyi dövründə təşkilatın genişlənməsinə çalışacaq. Cənubi Koreyanın GUAM-ın müttəfiqi olacağı planlaşdırılır. Biz əlaqələri təkcə xarici işlər nazirləri səviyyəsində yox, sahə nazirlikləri və parlament qrupları səviyyəsində də genişləndirməyi planlaşdırırıq", - Maya Pancikidze bildirib.

GUAM 1997-ci ildə postsovet ölkələri tərəfindən Strasburqda Avropa Birliyi dövlətləri başçılarının sammitində təsis edilib. 1999-du ildə formata Özbəkistan da qoşulub Lakin bu ölkə dörd il sonra GUAM-ı tərk edib. 2006-cı ildə GUAM-ın Kiyevdəki birinci sammitində qurum beynəlxalq təşkilat elan edilib, adı isə dəyişdirilərək Demokratiya və İqtisadi İnkişaf üzrə Təşkilat - GUAM olub.

Bütün xəbərlər Facebook səhifəmizdə