Ölkəmizin hər yerində uşaqlar üçün rəngarəng və əyləncəli yeni il tamaşaları keçirilir. Belə tədbirlərdən biri də Əl Oyunları İdman Sarayında "Kainat" gənclik mərkəzi, Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin dəstəyi ilə hazırlanmış Yeni il şənliyidir. Ənənəyə görə Yeni il şənliyinə ixtisaslaşdırılmış tibb məktəblərinin yetirmələri, reabilitasiya mərkəzlərinin, internat məktəblərinin şagirdləri, qaçqın və məcburi köçkün ailələrindən olan uşaqlar dəvət edilib.
Azərbaycandakı rus icmasının "Sotdrujestva" təşkilatının və digər milli mədəniyyət mərkəzlərinin xətti ilə çox sayda uşaq Şaxta Babanın və Qar Qızın qonağı olublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB