Ağcabədi rayonunda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə foto-müsabiqə keçirilib. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, müsabiqə "Ən gözəl təbəssüm", "Ən gözəl təqdimat" və "Qeyri-adi ideya" nominasiyaları üzrə təşkil olunub.
Ağcabədidə fəaliyyət göstərən Gənclər üçün Təhsil Mərkəzinin və Xocalı Soyqrımını Tanıtma İctimai Birliyinin Qarabağ regional şöbəsinin təşkilatçılığı ilə keçirilən "Gəlin həmrəy olaq" adlı foto-müsabiqədə müxtəlif yaş qrupundan olan rayon sakinləri və burada təhsil alan tələbələr iştirak ediblər. Şəkillər müsabiqəyə onlayn formada təqdim olunub.
Foto-müsabiqədə təqdim olunan şəkillərdən yalnız 9-u final mərhələsinə vəsiqə qazanıb. Final mərhələsinin seçimləri isə münsiflər heyəti tərəfindən müəyyənləşib. Tədbirin təşkili və seçimlərin obyektivliyi iştirakçılar tərəfindən yüksək qiymətləndirılib.
Qeyd edək ki, müsabiqənin sonunda hər üç nominasiya üzrə I,II və III yeri tutan şəkillərin sahiblərinə diplomlar verilib.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB