Azərbaycanın Özbəkistandakı səfirliyi Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə böyük bayram tədbiri keçirib.
Mərasimdə Daşkənddə yaşayan azərbaycanlı alimlər, elm və mədəniyyət xadimləri, səfirliyimizin əməkdaşları, diasporumuzun üzvləri, paytaxtın ali məktəblərində təhsil alan azərbaycanlı tələbələr, jurnalistlər iştirak ediblər.
Əvvəlcə səfirlik adından ulu öndərin Mərkəzin yerləşdiyi binanın qarşısındakı abidəsi önünə əklil və çiçək dəstələri qoyulub.
Azərbaycanın Özbəkistandakı səfirliyinin müşaviri Akif Əliyev Prezident İlham Əliyevin Həmrəylik Günü münasibətilə dünya azərbaycanlılarına müraciətinin mətnini oxuyub, ölkəmizin Özbəkistandakı yeni səfiri Hüseyn Quliyevi mərasim iştirakçılarına təqdim edib.
Hüseyn Quliyev diasporumuzun üzvləri və digər qonaqları əlamətdar bayram münasibətilə təbrik edib, bu tarixi günün əhəmiyyəti haqqında məlumat verib. Səfir deyib ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilk dəfə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvanda qeyd olunub, sonra Azərbaycan Milli Məclisinin qərarı ilə Azərbaycanın bütün ərazisində keçirilməyə başlanıb.
Səfir bu bayramın qeyd edilməsi ilə əlaqədar qəbul olunan qərarın tarixi əhəmiyyəti, planetin müxtəlif ölkələrində yaşayan soydaşlarımızın birliyi və təşkilatlanması işində ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri haqqında da məlumat verib.
Mərasim bayram süfrəsi ətrafında davam edib.
Qulu Kəngərli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB