Gənc Diplomatlar dünyada yaşayan soydaşlarımızı təbrik edir

Gənc Diplomatlar dünyada yaşayan soydaşlarımızı təbrik edir

"Azərbaycan Gənc Diplomatlar Birliyi" qarşıdan gələn "Yeni il" və "Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü" münasibətilə Azərbaycan xalqını və dünyada yaşayan soydaşlarımızı təbrik edir, dövlətimizə, xalqımıza inkişaf və tərəqqi arzulayır.

2012-ci ildə Azərbaycan xarici siyasətində böyük uğurlara imza atdı. İnanırıq ki, 2013-cü il də Azərbaycan üçün uğurlu il olacaq və biz "Azərbaycan Gənc Diplomatlar Birliyi" olaraq Azərbaycanı beynəlxalq arenada daha da irəliyə getməsinə dəstək olub, bütün səy və bacarıqlarımızı əsirgəməyəcəyik. 2013-cü ildə Qarabağ Münaqişəsinin həlli istiqamətində uğurlu addımların atılmasına inanırıq.

Bununla bağlı dövlət başçısı İlham Əliyev Yeni Azərbaycan Partiyasının yaradılmasının 20 illiyinə həsr olunmuş təntənəli mərasimdə demişdir: "Mən xarici siyasətimizin əsas istiqamətləri haqqında öz fikirlərimi kifayət qədər geniş bildirmişəm, bunu təkrar etməyə ehtiyac yoxdur. Sadəcə, qeyd etmək istəyirəm ki, xarici siyasətimizin əsas istiqaməti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir. Biz öz səylərimizi davam etdirəcəyik və davam etdiririk. Bir daha demək istəyirəm ki, mövqeyimiz çox möhkəmdir, beynəlxalq hüquqa, tarixə, ədalətə və artan gücümüzə əsaslanır. Biz danışıqları aparırıq, eyni zamanda, hərbi gücümüzü artırırıq və artıracağıq". Biz də "Azərbaycan Gənc Diplomatlar Birliyi" olaraq bu istiqamətdə üzərimizə düşən məsuliyyətli vəzifəni yerinə yetirməyə və Azərbaycanın ərazi bütövlüyünün beynəlxalq səviyyədə təbliğində bütün imkanlarımızı səfərbər etməyə hazırıq. Prezident İlham Əliyevin bu ilin 21 sentyabr tarixində Diplomatiya Akademiyasında xarici ölkələrdəki diplomatik korpus rəhbərləri ilə keçirdiyi IV müşavirədə çıxışı zamanı səsləndirdiyi fikir və tapşırıqlar biz gəncləri daha aktiv olmağa çağırır və ruhlandırır.

Bütün xəbərlər Facebook səhifəmizdə