İlham Əliyev parkda yaradılan şəraitlə yaxından tanış olub, müvafiq tapşırıqlarını verib
Bu gün Azərbaycan prezidenti İlham Əliyev Bakının Xətai rayonunda yeni salınan parkda yaradılan şəraitlə tanış olub. SİA-nın prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov parkda yaradılan şəraitlə bağlı dövlətimizin başçısına məlumat verib. Bildirilib ki, 2 hektar ərazisi olan parkda hovuz inşa edilib. Hovuzun mərkəzində Avstriya mütəxəssisləri tərəfindən qlobus formasında xüsusi sistem quraşdırılıb. Bu sistemə istənilən proqramı yükləmək mümkündür. Bu qurğu paytaxt haqqında məlumatları və müxtəlif reklam çarxlarını nümayiş etdirmək imkanına malikdir.
Parkın işıqlandırma sistemi ən müasir standartlar səviyyəsindədir və gecə saatlarında bu istirahət guşəsinə xüsusi gözəllik verir. Parkın ərazisində çoxlu sayda ağac və gül kolları əkilib, yaşıllıq zolağı salınıb, paytaxt sakinlərinin istirahəti üçün lazımi şərait yaradılıb.
Ətrafında da abadlıq işləri aparılmış parkın ərazisinə 10 min kvadratmetr qranit və xüsusi plitələr döşənib.
Dövlət başçısı parkda yaradılan şəraitlə yaxından tanış olub və müvafiq tapşırıqlarını verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB