Regionun ən böyük bazarlarından olan Bərdə bazarında ev quşlarının alqı-satqısında canlanma müşahidə edilir. SİA-nın Qarabağ bürosu məlumat verir ki, ən çox tələbat el arasında "hinduşka" kimi tanınan hind toyuqlarınadır. Belə ki, bayramın gəlişi qiymətlərə də təsir göstərib. Əvvəllər 10-15 AZN-nə satılan hind toyuqları, indi bazarlarda 25-30 AZN-nə təklif edilir.
Qiymət artımı satıcıların ürəyincə olsa da, alıcılar xüsusilə bayram günlərində süni qiymət artımından narazıdırlar.
Əhali isə hind toyuqlarının bu cür bahalaşmasına səbəb kimi bayram günlərində bu quşlara tələbatın artmasını görürlər. Əhalinin tələbatını görən satıcılar isə süni qiymət artımı yaradırlar ki, bu da haqlı narazılığa səbəb olur.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB