Həmrəylik Günü Bərdədə

31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə regionlarda bayram tədbirləri keçirilib. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, Bərdədə keçirilən tədbirdə incəsənət nümayəndələri cürbəcür kompozisiyalarla sakinlərin zövqünü oxşayıblar. Konsert, milli adət ənənələri özündə əsk etdirməklə sakinlərin böyük marağına səbəb olub.
Bayram proqramında rayon İcra Hakimiyyətinin, idarə və müəssisələrin nümayəndələri, məktəblilərlə yanaşı rayon sakinləri də iştirak ediblər. Çıxış edənlər sakinləri bayram münasibəti ilə təbrik edib. 2013-cü ilin Azərbaycan xalqı üçün uğurlu və düşərli olmasını arzulayıb. Natiqlər çıxışlarında 2012-ci ildə rayonun rifahı yolunda görülən işlərdən, aparılan uğurlu quruculuq və abadlıq işlərindən söz açıblar.

Yeni ilin atributları sayılan Şaxta baba və Qar qızın çıxışları sakinlərin bayram əhval-ruhiyyəsini bir qədər də artırıb.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə