Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Çoi Suk-in Bakı Ali Neft Məktəbində olub. SİA-nın məlumatına görə, rektor Elmar Qasımov qonağa Bakı Ali Neft Məktəbinin yaranma tarixi, tələbə qəbulu prosesinin nəticələri, təhsil ocağının əsas hədəfləri haqqında ətraflı məlumat verib, onu binada yaradılmış infrastrukturla tanış edib.
Daha sonar rektor ali məktəbin beynəlxalq əlaqələrinin genişləldirilməsinin vacibliyini qeyd edib, qısa müddətdə bu istiqamətdə görülmüş işlər haqqında məlumat verib və dünyanın inkişaf etmiş dövlətlərinin sırasında öncül yerlərdən birini tutan Koreya Respublikasının elm və təhsil mərkəzləri ilə əməkdaşlıq əlaqələrinin qurulmasının xüsusi maraq kəsb etdiyini vurğulayıb.
Koreyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Çoi Suk-in Bakı Ali Neft Məktəbinə gəlişindən məmnunluq hissləri keçirdiyini qeyd edib, Azərbaycanda ingilis dilində tədris həyata keçirən belə müasir tipli texniki ali məktəbin yaradılmasının vaxtında həyata keçirilən çox önəmli bir layihə olduğunu vurğulayıb, təhsil ocağının Koreyanın müvafiq qurumları ilə əməkdaşlıq əlaqələrinin yaradılması üçün lazımi tədbirlərin həyata keçirilməsinə hazır olduğunu bildirib.
Qeyd edək ki, görüşdə səfirliyin birinci katibi Kim Ce-çol iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB