DMX-nin rəisi vətəndaşlıq almış şəxslərlə görüşüb FOTO

DMX-nin rəisi vətəndaşlıq almış şəxslərlə görüşüb FOTO

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə Azərbaycan Respublikasının vətəndaşlığına yeni qəbul olunmuş şəxslərlə görüşüb. DMX-dən SİA-ya verilən məlumata görə, çıxışına müasir Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu öndər Heydər Əlıiyevin müəllifi olduğu "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!" sitatı ilə başlayan Xidmət rəisi Firudin Nəbiyev Azərbaycan Respublikasının vətəndaşlığına qəbul və bərpa olunmuş şəxsləri bu əlamətdar hadisə münasibətilə təbrik edib, onlara dövlətimizə layiqli vətəndaş olmağı arzulayıb.

Sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Azərbaycan Respublikasının vətəndaşlığına qəbul və bərpa edilmiş şəxslərin siyahısı oxunub.

Azərbaycan Respublikasının vətəndaşlığına yeni qəbul edilənlər arasında vətəndaşlığı olmayan şəxslərüstünlük təşkil edir.

Azərbaycan Respublikasının vətəndaşlığına yeni qəbul edilənlər 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il ərəfəsində iki qat sevinc bəxş etdiyinə görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz dərin təşəkkürlərini bildirmiş, Azərbaycan Respublikasının vətəndaşı adını şərəflə daşıyacaqlarını ifadə ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə