Azərbaycan diaspora modelindən nümunə götürülür

Azərbaycan diaspora modelindən nümunə götürülür

Bu gün Bakı Dövlət Universitetində (BDU) Dünya Azərbycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə tədbir keçirilib. Tədbirdə Universitetin rektoru Abel Məhərrəmov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, müəllim və tələbə heyyəti iştirak edib.

BDU-nun rektoru Abel Məhərrəmov deyib ki, 31 dekabr tarixi ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılar arasında birlik və həmrəylik yaratmaq prosesində mühüm rol oynayır. Onun sözlərinə görə, ölkədə bütün sahələrdə olduğu kimi, diaspor quruculuğunda mühüm uğurlara imza atılıb: "Dünya Azərbaycanlılarının Həmrəylik Gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilib. Ümummilli lider Heydər Əliyev tərəfindən 31 dekabr tarixinin Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilməsi Azərbaycanın dünya dövlətləri sırasında söz sahibinə çevrilməsinə, dünya azərbaycanlıları arasında milli birliyin daha da güclənməsi və təşkilatlanmasına təkan verib".

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov dünya azərbaycanlılarının birlik və həmrəyliyi sahəsində görülən işlər barədə danışıb. O bildirib ki, Azərbaycan müstəqilliyini qazandıqdan bu günə qədər qonşu dövlətlər hər bir cəhdlə onun müstəqilliyinin davam etməsinə maneə yaradıblar: "Bu gün Azərbaycan müstəqildir və cənab Prezident dövlətin və xalqın maraqlarını irəli sürərək müstəqil siyasət həyata keçirir. Azərbaycanda hər bir sahədə inkişaf olduğu kimi diaspor quruculuğunda da baş verən inkişaf digər dövlətlərin diqqətini cəlb edir və bu gün Azərbaycan diaspora modelindən nümunə götürülür".

Daha sonra tədbir universitet tələbələrinin təşkil etdiyi bədii hissə ilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə