31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə Tərtər rayonunda tədbir keçirilib. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, tədbir milli adət-ənənələrimizi özündə əks etdirən bir-birindən maraqlı çıxışlarla yadda qalıb. Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vidadi Bəylərov sakinləri bayram münasibəti ilə təbrik edib, 2013-cü ilin Azərbaycan xalqı üçün uğurlu və düşərli olmasını arzulayıb. O qeyd edib ki, 2012-ci il Tərtər rayonunun tarixində quruculuq ili kimi yadda qalıb. Rayon mərkəzində və kəndlərdə geniş tikinti-abadlıq işləri aparılıb.
Yeni ilin atributları sayılan Şaxta baba və Qar qızın çıxışları sakinlərin bayram əhval-ruhiyyəsini bir qədər də artırıb.
Qeyd edək ki, sonda rayonun ictimai siyasi həyatında fərqlənən insanlara fəxri fərmanlar və hədiyələr də verilib.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB