"Bakı Gənclər Klubu" İcimai Birliyi Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirdiyi "Tariximizi öyrənək, irsimizi qoruyaq!" adlı layihəsi çərçivəsində "Alban tarixi gənclərin gözü ilə" adlı sərgi təşkil edir. Layihənin həyata keçirilməsində məqsəd gənc nəsli Azərbaycan tarixi ilə daha yaxından tanış etmək və tarixi abidələrimizin qorunmasına diqqəti artırmaqdan ibarətdir. Layihə çərçivəsində, bir qrup gənc Azərbaycan Respublikasının şimal-qərb regionunda təşkil olunmuş yay düşərgəsində bölgədə yerləşən Qafqaz Albaniyasının abidələri, həmçinin, onun tarixi və mədəniyyəti ilə yaxından tanış olublar. Layihənin gedişində iştirakçılar tərəfindən, həmin bölgədə yerləşən Alban tarixi abidələri haqqında qısa məlumatların əks olunduğu kitabça da hazırlanıb.
Sərgidə layihə çərçivəsində əldə edilmiş Alban məbədlərinin, keşikçi qüllələrinin və s. abidələrin fotoları və ümumiyyətlə layihənin nəticələri nümayiş etdirilir.
Sərginin açılış mərasimində "Bakı Gənclər Klubu" İctimai Birliyinin sədri Azər Cavadov çıxış edərək, əvvəlcə sərgiyə gələn qonaqları salamlamış və onlara iştiraklarına görə təşəkkürünü bildirib.
Tədbirdə, Azərbaycan Respublikası Gənclər və idman nazirinin müavini İntiqam Babayev, Prezident Administrasiyasının İctimai-Siyasi məsələlər üzrə şöbəsinin məsul nümayəndəsi Vüsal Quliyev, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə və Qəbələ rayon Nic kəndinin "Alban-Udi Xristian icması"nın rəhbəri Robert Mobili çıxış ediblər.
Nazir müavini İntiqam Babayev çıxışında "Bakı Gənclər Klubu"nu layihənin və sərginin uğurlu təşkili münasibəti ilə təbrik edib. Daha sonra, layihənin və sərginin gəncliyimiz və Azərbaycan həqiqətlərinin beynəlxalq aləmdə təbliği üçün əhəmiyyətini qeyd edən İ.Babayev, bu tip layihələrin davamlılığının təmin olunmasının və daha geniş miqyasda həyata keçirilməsinin vacibliyini vurğulanıb.
Tədbirin rəsmi hissəsindən sonra sərgiyə baxış açıq elan olunub.
Qeyd edək ki, sərgi üç gün davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB