Sumqayıt şəhər YAP Gənclər Birliyi Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilmiş tədbir keçirib
Sumqayıt şəhər Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin və Sumqayıt şəhər Təhsil Şöbəsinin təşəbbüsü ilə keçirilən tədbirdə - Sumqayıt ŞTŞ-nin müdiri Mahal Əliyev, YAP Sumqayıt şəhər təşkilatının gənclərlə iş üzrə sədrin müavini Elmar Xəlilov, YAP Sumqayıt Şəhər təşkilatı Gənclər Birliyinin sədri Elmar Məmmədov və YAP Sumqayıt şəhəri GB-nin fəal üzvləri iştirak ediblər. SİA-nın məlumatına görə,
tədbirdə Dünya Azərbaycanlılarının Həmrəylik Gününə və cənab Prezident İlham Əliyevin həyat və fəaliyyətini əks etdirən sənədli film nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan Sumqayıt ŞTŞ-nin müdiri Mahal Əliyev Ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideyasının dünya azərbaycanlılarının həmrəyliyinin təmin edilməsində güclü diaspor təşkilatının formalaşdırılmasına və onların Azərbaycan dövləti ətrafında daha sıx birləşməsinin vacibliyinə diqqəti cəlb edərək, 2001-ci il noyabr ayının 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayında dediyi: "Bizim hamımızı birləşdirən, həmrəy edən Azərbaycançılıq ideyasıdır, Azərbaycançılıqdır" - deyə, əlavə edib.
Daha sonra tədbirdə çıxış edən YAP Sumqayıt şəhər təşkilat sədrinin Gənclər işi üzrə müavini Elmar Xəlilov qeyd edib ki, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi gününün təsis edilməsi Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanda başlayan milli-azadlıq mübarizəsinin ən gərgin vaxtında Heydər Əliyev dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşdirilməsinin Azərbaycanın gələcəyi üçün tarixi və strateji önəm daşıdığını uzaqgörənliklə müəyyən etdi. Məhz Heydər Əliyevin təşəbbüsü ilə 1991-ci il, dekabr ayının 16-da Naxçıvan Muxtar Respublikasının Ali Məclisi "Dünya Azərbaycanlılarının həmrəylik və birlik günü haqqında" tarixi qərarı qəbul etdi.
YAP Sumqayıt şəhər Təşkilatı Gənclər Birliyinin sədri Elmar Məmmədov isə çıxışında, Ulu öndərin qədim və qüdrətli tarixi, zəngin mədəni irsi ilə bəşər sivilizasiyasına dəyərli töhfələr verən Azərbaycan xalqının həyatında unudulmaz hadisələrdən danışıb. 2006-cı il mart ayında keçirilmiş Dünya Azərbaycanlılarının II Qurultayı da tarixi hadisə idi. Məhz həmin günlərdə hörmətli Prezidentimiz Cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Bakıda Dünya Azərbaycanlılarının II qurultayı keçirildi. Cənab Prezidentin səyi nəticəsində Dünya Azərbaycanlılarının II Qurultayı Azərbaycan xalqının bütövlüyünü, onun mübarizliyini bütün dünyaya nümayiş etdirdi: "Deyirlər dağın ucalığı uzaqdan yaxşı görünür, odur ki, xaricdə yaşayan azərbaycanlılar ölkəmizin inkişafını görür və müsbət qiymətlədirirlər".
Tədbirdə eyni zamanda STŞ-nin YAP ərazi təşkilatının sədri Gülbahar Haqverdiyeva, Texniki və təbiət elmlər liseyinin GB-nin üzvü Bahadur Babayev və digərləri çıxış edərək bildiriblər ki, Azərbaycanda başlayan milli-azadlıq mübarizəsinin ən gərgin vaxtında Heydər Əliyev dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşdirilməsinin Azərbaycanın gələcəyi üçün tarixi və strateji önəm daşıdığını uzaqgörənliklə müəyyən edib. Həmin dövrdə Heydər Əliyev tərəfindən irəli sürülmüş azərbaycançılıq ideyası Azərbaycanın dünya birliyinə inteqrasiyasının təməl sütunlarından birini təşkil etməyə başladı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB