Bu gün Milli Məclisdə Cinayət Məcəlləsinə dəyişikliklər müzakirəyə çıxarılıb. SİA-nın məlumatına görə, sənəd barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.
Dəyişiklik aliment ödəməkdən imtina ilə bağlı sansiyaların sərtləşdirilməsini nəzərdə tutur. Əli Hüseynli bildirib ki, hazırda mövcud məhkəmə qərarları icra işlərinin təxminən 13-i cəmiyyət həssas məsələ olan uaqların hüquqlarının qorunması, alment məsələsi ilə ilə bağlıdır. Onun sözlərinə görə, bu sahədə ciddi problemlər var: "Parlamentdə bu məsələ dəfələrlə qaldırılıb. Məhz alimentlərlə məhkəmə qərarlarının icrasını təmin etmək məqsədi ilə təklif olunur ki, Cinayət Məcəlləsinin 176-cı maddəsi Cinayət Məcəlləsindən çıxarılsın. Cinayət Məcəlləsinin bu maddəsi məqsədli şəkildə almenti ödəməkdən boyun qaçıran şəxslərə görə məsuliyyəti nəzərdə tutur. Amma bu məsliyyət həddindən artıq aşağıdır, 6 aylıq azadlıqdan məhrumetməni nəzərdə tutur. İndi bu qəbildən olan bu məsələlərə Cinayət Məcəlləsinin 306-cı maddəsi tətbiq olunacaq. Məhkəmə qərarının icrasından boyun qaçıran şəxslər 3 ilə qədər azadlıqdan məhrum ediləcəklər".
Sənəd qəbul edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB