Üçəm qızlar doğuldu

Tərtərin Ələsgərli kəndində müvəqqəti məskunlaşan Tural Əliyevin ailəsində hər kəsi sevindirən xoşbəxt bir hadisə baş verib. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, iki oğul övladından sonra dünyaya gələn üçəm qızlar ailəsinin sevincinə sevinc qatıb.

Əliyevlər ailəsinə gözlənilmədən gələn 3 böyük hədiyyə sevinclə bərabər bir sıra problemlər də gətirib. Köçkün həyatı yaşayan ailənin maddi durumu bir o qədər də yaxşı olmadığından, bu uşaqları saxlamaq onlar üçün çətinlik yaradır.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə