Bu gün yağış yağacaq?

Bu gün hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim cənub-qərb küləyi arabir güclənəcək. SİA Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına əsasən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 2-4, gündüz 7-11 dərəcə isti təşkil edəcək.

Ölkənin rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı gözlənilir. Cənub-qərb küləyi əsasən dağlıq ərazilərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 3-8, bəzi yerlərdə 12 dərəcəyədək şaxta, gündüz 2-7, bəzi yerlərdə 10 dərəcəyədək isti olacağı gözlənilir.

Dekabrın 28-29-da Bakıda və Abşeron yarımadasında nisbətən sabit hava şəraiti, biometeoroloji amillərin normal sutqalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə