"Valideyn məsuliyyətinin artırılması", "Çoxuşaqlı ailələrin təminatlarının yaxşılaşdırılması" və "İnsan alveri qurbanı olmuş uşaqların sosial reabilitasiya və cəmiyyətə reinteqrasiyası" dövlət proqramının layihələri Nazirlər Kabinetinə təqdim edilib. Bu layihələri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi hazırlayıb. SİA-ya açıqlama verən AQUPDK-nin hüquqi təminat şöbəsinin müdir müavini Elgün Səfərovun sözlərinə görə, yeni layihələrin hazırlanmasında məqsəd həssas qrupların təminatlarının, onlara göstərilən xidmətlərin keyfiyyətinin artırılmasıdır.
"Yeni proqramların gələn il qəbul olunması gözlənilir. Çoxuşaqlı ailələrin təminatlarının yaxşılaşdırılması" barədə yeni proqramda çoxuşaqlı ailələr üçün yeni təminatlar əks olunub. Onun sözlərinə görə, çoxuşaqlı ailələr üçün nəzərə tutulan yeni təminatlarda sosial yardımın gücləndirilməsi, yaşayış şəraitinin yaxşılaşdırılması, pulsuz ixtisaslaşdırılmış tibbi xidmətlərin göstərilməsi nəzərdə tutulub",- deyə müdir müavini əlavə edib.
Komitə rəsmisi onu da qeyd edib ki, "İnsan alveri qurbanı olmuş uşaqların sosial reabilitasiya və cəmiyyətə reinteqrasiya" dövlət proqramında daha çox dövlət qurumlarının koordinasiya edilməsi və bu sahədə xidmətin artırılması üçün xüsusi tədbirlər nəzərdə tutulub. Onun sözlərinə görə, bunlara təlimçilərin müəyyən edilməsi, dövlət tərəfindən xüsusi çarxların çəkilməsi, mühüm boşluqların əhatə olunması əks edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB