Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Preventiv mexanizm qrupunun üzvləri tərtib olunmuş qrafik əsasında Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Müvəqqəti Saxlama Təcridxanasına, Naxçıvan qarnizonunun hauptvaxtına və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Qarışıq Rejimli cəzaçəkmə müəssisəsinə və istintaq təcridxanasına başçəkmələr həyata keçiriblər.
Qrupun üzvləri başçəkmələr zamanı adı çəkilən müəssisələrdə saxlanılan şəxslərin saxlanma şəraiti ilə tanış olub, onların şəxsi işlərinə və saxlanılanların qeydiyyatı kitablarına baxış keçirib, həmçinin işçi heyətin onlarla rəftarı, tibbi xidmətin vəziyyəti, qida rasionu, qidanın keyfiyyəti vəziyyətini diqqət mərkəzində saxlayıblar.
Həyata keçirilən başçəkmələr zamanı saxlanılan şəxslərlə qrup şəklində və təkbətək çoxsaylı söhbətlər aparılıb, söhbətlər zamanı həmin şəxslər bu müəssisələrdə saxlanma şəraitindən, qidanın keyfiyyətindən və onlara qarşı rəftardan narazılıq etməyiblər. Başçəkmələr zamanı Preventiv mexanizm qrupunun üzvləri tərəfindən hər hansı pozuntu halları müşahidə edilməyib.
Başçəkmələr zamanı bəzi informasiya vasitələrində Məmməd Qurbanov və Nadir Məmmədovun guya incidilmələri ilə bağlı yazılan əsassız məlumatlar öz təsdiqini tapmayıb. İstintaq Təcridxanasında saxlanılan Məmməd Qurbanov və Nadir Məmmədov saxlanma şəraitindən, o cümlədən onlara qarşı rəftardan narazılıq etməyiblər. Göründüyü kimi, bu barədə "hüquq müdafiəçilərinin" əsassız məlumatları boş hay-küydən başqa bir şey deyil.
Saxlanılan şəxslərlə aparılan söhbətlər zamanı onlara hüquq və vəzifələri, həmçinin "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası Qanununun müddəaları haqqında ətraflı məlumat verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB