QHT Əməkdaşlıq Alyansı əfv fərmanına münasibət bildirdi

QHT Əməkdaşlıq Alyansı əfv fərmanına münasibət bildirdi

QHT Əməkdaşlıq Alyansı Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin dekabrın 26-da imzaladığı əfv sərəncamı ilə bağlı açıqlama yayıb. Qurumdan SİA-ya verilən məlumata görə, ölkə Prezidentinin əfv sərəncamının təqdir olunduğu həmin açıqlamada deyilir ki, sərəncama uyğun olaraq, bu gün səhər saatlarından əfvə düşən 87 nəfər məhkumun cəzaçəkmə müəssisələrindən buraxılması cəmiyyətdə çox müsbət qarşılanır.

Açıqlamada həmçinin bildirilir ki, Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə bir sıra tanınmış şəxslərin, o cümlədən jurnalistlərin, hüquq müdafiəçilərinin, siyasətlə məşğul olanların azadlığa buraxılması humanizm nümunəsidir və vətəndaş həmrəyliyinə doğru atılmış addımdır.

Bütün xəbərlər Facebook səhifəmizdə