Azərbaycançılıq ideologiyası milli-tarixi təkamülün istiqamətlərini müəyyənləşdirən unikal konsepsiyadır
Yeniləşən Azərbaycan Gəncliyi İctimai Birliyi Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyilə "Azərbaycançılıq ideologiyası dünən, bu gün, sabah" mövzusunda keçirdiyi layihənin yekun tədbirini təşkil edib. BMM-də keçirilmiş tədbirdə çıxış edən Etibar Əsədov, Ağasəlim Həsənov, Hüseyn İbrahimzadə, Məmmədbağır Məmmədov və başqaları Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq ideologiyasının təbliği məqsədi ilə keçirilən tədbirdə məruzə və fikirlər səsləndiriblər.
Bildirilib ki, Ulu öndər Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası milli-tarixi təkamülün istiqamətlərini müəyyənləşdirən unikal konsepsiyadır. Bunun Azərbaycanda milli dövlətçilik ideologiyasının yaranmasını və azərbaycanlıların vahid bir etnik-siyasi toplum kimi tanınmasını təmin edən ideologiya olduğu vurğulanıb.
Xatırladaq ki, Birlik mövzu ilə bağlı Xaçmazda, Qubada və Qusarda da tədbirlər təşkil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB